Avropadan Ermənistana “yaşıl işıq”

avropadan-ermenistana-yasil-isiq-
Oxunma sayı: 645

“Qafqazinfo”nun Ermənistan mətbuatın isatinadən verdiyi xəbərə görə, Avropa komissiyasının prezidenti Joze Manuel Barrozu ilə keçirilən birgə mətbuat konfransı zamanı S.Sarkisyan deyib: “Ermənistanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsinə dair danışıqlar başa çatıb.

Müqavilə bir neçə gün sonra imzalanacaq və çox guman ki, 2013-cü ilin ortalarında qüvvəyə minəcək. 2013-cü ilin yanvarından Aİ ölkələrinin vətəndaşları üçün Ermənistana giriş üçün vizalar ləğv ediləcək. Prosesin əsas məqsədi bizim cəmiyyətlər arasında əlaqələri stimullaşdırmaq, gediş-gəlişi artırmaq, tələbə, alim və incəsənət adamları üçün yeni imkanlar açmaqdan ibarətdir”.

Barrozu siə öz növbəsində qeyd edib ki, bu müqavilə Ermənistanla Aİ arasında əlaqələri daha da möhkəmlədəcək.