Avropalılar internetdən istifadədə geri qalır

avropalilar-internetden-istifadede-geri-qalir
Oxunma sayı: 643

İslamazeri.az-ın "Lenta.ru"-ya istinadən verdiyi xəbərə görə, Avropa İttifaqı (Aİ) sakinlərinin 24 faizi ömründə bir dəfə də olsun internetdən istifadə etməyib. 2006-cı ildə belə insanların payı 46 faiz təşkil edib.

Rumıniya, Bolqarıstan və Yunanıstan (müvafiq olaraq 54, 46 və 45 faiz) vətəndaşları şəbəkəyə hamıdan az daxil olan ölkələr sırasındadırlar. İsveçdə isə əksinə, yaşlı sakinlərin yalnız 5 faizi heç vaxt internetdən istifadə etməyib. Bunun ardınca 7 faiz payla Danimarka və Niderland yer alıb.

Tədqiqat müəllifləri güman edirlər ki, 2015-ci ilədək Aİ üzrə şəbəkəyə heç vaxt daxil olmayan vətəndaşların sayı orta hesabla 15 faizə enəcək.

Bundan başqa, elektron kommersiyanın Aİ ölkələrinə nüfuz etməsi ilə bağlı məlumatlar qeyd edilir. Daha çox onlayn alıcı Böyük Britaniyada olub, belə ki, bu ölkənin internet istifadəçilərinin 82 faizi son il ərzində heç olmasa bir dəfə şəbəkədə alış-veriş edib. Britaniyanın ardınca Danimarka və Almaniya (hərəyə 77 faiz) gəlir, Avropa üzrə orta göstərici isə 58 faiz təşkil edir.
Qeyd edək ki, statistik hesablamalarda yalnız yaşı 16-dan 74-dək olan vətəndaşlar nəzərə alınıb.