Avropalıların “kafası” gözəl

avropalilarin-kafasi-gozel
Oxunma sayı: 644

Qafqazinfo”nun xarici kiv-ə istinadən verdiyi xəbərə görə, hesabatda hər 4 avropalıdan 1-nin narkotik qəbul etdiyi bildirilir. Hesabatda son bir il içində 23 milyon avropalının yüzdə 23-nün uyuşdurucu, 4 milyonunun kokain, 2 milyonunun ekstazi və daha 2 milyonun isə amfetamin istifadə etdiyi bildirilib.

EMCDDA 2012-ci il hesabatına görə, Avropada ən populyar və ən çox istifadə edilən maddənin uyuşdurucu olduğu təyin olunub. Araşdırmalara əsasən metamfetaminin daha geniş miqyasda tapıldığının və bəzi ölkələrdə istehsalının artdığına işarə edilir. Avropada əvvəlki illərə nisbətən daha çox sintetik narkotik çeşidi görünməyə başlayıb. Hesabatda kokain toplam rəqəmlərə baxıldığında Avropada ən yayğın istifadə edilən narkotik hesab olunub.

Eroin isə son illərdə Avropada daha az istifadə edilir və bəzi ölkələrdə yerini fentanil və buprenorfin kimi sintetik maddələrdən başqa, metamfetamin, katinonlar ve benzodiazepinlər kimi digər maddələr də istehsal olunmağa başlayıb. Damar içi maddə istifadəçilərinin sayı azalıb. Ancaq hələ də ciddi ala ciddi xəstəlik olaraq qalmaqdadır.