Avropanın 3 ölkəsi qazsız qaldı

avropanin-3-olkesi-qazsiz-qaldi
Oxunma sayı: 1281

Avstriyada ölkənin ən iri qazötürücü stansiyasında baş verən partlayışdan sonra bir sıra Avropa ölkələrinə qaz ixracı dayandırılıb.

“Qafqazinfo” xəbər verir ki, Avstriyanın qaz tənzimləyicisi E-Control bəyan edib ki, partlayışdan sonra İtaliya, Sloveniya, Macarıstana qaz təchizatı kəsilib.

Xatırladaq ki, partlayış nəticəsində 1 nəfər ölüb, 60 nəfər isə yaralanıb. Onlardan 18-nin vəziyyəti ağırdır.