Avropanın ən yaxşı məşqçilərinin adları məlum oldu

avropanin-en-yaxsi-mesqcilerinin-adlari-melum-oldu
Oxunma sayı: 643

Qol.Az-ın məlumatına görə, siyahıya İspaniya “Barselona”sının baş məşqçisi Xosep Qvardiola başçılıq edir.

İkinci pillədə “Real” (Madrid) klubunun sükanı arxasında olan Joze Mourinyo qərarlaşıb. Üçüncü pilləni isə “Mançester Yunayted”ə rəhbərlik edən Aleks Ferqyuson tutur.

Sonrakı üç pillədə milli komandaların baş məşqçiləri - Yoahim Löv (Almaniya), Visente Del Boske (İspaniya) və Bert van Marviyk (Hollandiya) qərarlaşıb. Azərbaycan yığmasının 2014-cü il dünya çempionatındakı rəqibi olan Rusiya millisinin baş məşqçisi Dik Advokat isə siyahıda 14-cüdür.