Avropanın nüfuzlu ailələri bu toya axın etdi - Fotolar

Avropanın nüfuzlu ailələri bu toya axın etdi
Oxunma sayı: 4672

İspaniyanın ən zəngin qadını kimi tanınan Alba hersoginyasının 8 nəvəsindən biri Fernando Fits-Ceyms Stüart 26 yaşlı Sofiya Palasuelo ilə evlənib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, nikah mərasimi Alba hersoqunun iqamətgahında baş tutub. Toya İspaniyanın keçmiş kraliçası Sofiya, Avropanın nüfuzlu ailələrinin nümayəndələri qatılıblar.

Marketinq ixtisası üzrə təhsil alan Sofiya Fernando ilə universitet illərində tanış olub. Palasuelo sadə, ancaq iddialı gəlinliyi ilə diqqət çəkib.

 








Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi