Avropanın üç lideri İrana dəstək verdi

avropanin-uc-lideri-irana-destek-verdi
Oxunma sayı: 1804

ABŞ prezidenti Donald Trampın İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) “terrorçu təşkilatlar” siyahısına daxil etməsi Avropa ölkələrinin liderlərinin də etirazına səbəb olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Britaniya Krallığının Baş naziri Tereza Mey, Almaniyanın Baş naziri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron Trampın qərarından narahat olduqlarını açıqlayıblar.

Hər üç lider İranla imzalanan nüvə sazişinin davam etdirilməsində mövqelərinin dəyişmədiyi bildiriblər. Liderlər tərəflər arasında razılığın davam etməsinin beynəlxalq təhlükəsizlik baxımından vacib olduğunu qeyd ediblər.

Qeyd edək ki, İran hökuməti ABŞ-ın SEPAH-ı terror təşkilatları siyahısına daxil edəcəyi təqdirdə, bunu müharibə elanı kimi qəbul edəcəklərini açıqlamışdı.