Avroparlament Rusiyaya qarşı sanksiyalara izn verdi

avroparlament-rusiyaya-qarsi-sanksiyalara-izn-verdi
Oxunma sayı: 1839

Avropa parlamenti Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsinə icazə verib.

“Qafqazinfo” xəbər verir ki, Avropa Xalq Partiyası fraksiyasının rəhbəri, Avroparlamentin deputatı Manfred Veber bəyan edib ki, eks-polkovnik Sergey Skripalın zəhərlənməsindən sonra Rusiyaya qarşı yeni sanksiyaları istisna etmək olmaz: “Putin Qərbə qarşı müasir müharibə aparır. Qərb ölkələri bugünkü gündə Böyük Britaniyadan nümunə götürməli və Dünya çempionatı - 2018-ə yüksəkvəzifəli siyasi nümayəndələrini göndərməməlidir”. 

Bu arada, Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitriy Peskov bəyan edib ki, London Skripalın zəhərlənməsinin arxasında Rusiyanın dayannmasına dair gec –tez ya sübut təqdim etməli olacaq, ya da üzr istəyəcək.