“Avrovision”da 15 milyonu kim mənimsəyib? - Araşdırma başladı

avrovisionda-15-milyonu-kim-menimseyib
Oxunma sayı: 2612

Bu il Kiyevdə baş tutan “Avrovision” yarışmasında 15 milyon avro mənimsənilib.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, israfı auditorlar aşkarlayıblar. Digər pozuntular da qeydə alınıb. Belə ki, xidmətin qiyməti tenderdə göstəriləndən daha şişirdilmiş şəkildə göstərilib. 

Qeyd edək ki, mənimsənilən pullar musiqi yarışmasına ayrılan ümumi məbləğin dörddə üç hissəsidir. Belə ki, müsabiqə Ukraynaya 20,4 milyon avroya başa gəlmişdi. 

Artıq materiallar hüquq-mühafiə orqanlarına təhvil verilib. Milyonların kimin cibinə “axdığı” isə araşdırılır.