“Avroviziya” üçün Lissabona gedən jurnalisti bıçaqladılar

avroviziya-ucun-lissabona-geden-jurnalisti-bicaqladilar
Oxunma sayı: 992

Lissabonda “Avroviziya 2018” mahnı müsabiqəsini işıqlandırmaq üçün getmiş yunan jurnalisti bıçaqlayıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb. Naməlum şəxs “Avroviziya”nı işıqlandıran jurnalistə yaxınlaşaraq ona bıçaq zərbələri endirib. “Eurofans” yunan fanatları qrupuna rəhbərlik edən jurnalist xəstəxanaya yerləşdirilib, vəziyyəti normaldır. Cinayətkar isə qaçmağı bacarıb.

Hadisədən sonra Lissabonda təhlükəsizlik tədbirləri gücləndirilib. 

Nuranə