Avstraliya tarixində ilk - Müsəlman qadın senator oldu

avstraliya-tarixinde-ilk
Oxunma sayı: 3068

Avstraliyada Yaşıllar Partiyasından Senata seçilən Pakistan əsilli Mehreen Faruqi ölkədə ilk müsəlman qadın senator olub.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Faruqi Senata seçildikdən sonra ilk olaraq Avstraliyada multikulturalizmi müdafiə edəcəyini, islamofobiya və irqçiliklə mübarizə aparacağını bildirib.

O, müsəlmanlara viza qadağası qoyulmasını müdəfiə edən Avstraliyalılar Partiyasının Queensland üzrə Senatoru Frayzaer Anninqi sərt şəkildə tənqid edib:

“Senator Anninqin sözləri çoxmədəniyyətli cəmiyyətimizə təhqirdir. Senatdakı bu nifrət tacirləri ölkəmizdə nifaq toxumları əkirlər. Onlar dar siyasi mənfəətləri naminə ağdərili olmayan insanlara hücum etmək üçün heç bir fürsəti əldən vermirlər.