Avstraliyada kimyəvi zavodda güclü yanğın - Video

avstraliyada-kimyevi-zavodda-guclu-yangin
Oxunma sayı: 1028

Avstraliyanın Melbrun şəhərində kimyəvi zavodda güclü yanğın baş verib.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, yanğının söndürülməsi üçün 120 nəfər yanğın xidmətinin əməkdaşı, 30 yanğınsöndürən cəlb olunub. Müəssisənin anbarlarında asetilen və aseton çənləri partlayır. Yanğın rayonunda bir neçə məkəb bağlanıb.

Yerli sakinlərə isə zəhərli tüstü səbəbindən pəncərələri açmamaq tövsiyə olunub.