Avstraliyada Poroşenko qalibdir - Bu saata olan “exit-poll”

avstraliyada-porosenko-qalibdir
Oxunma sayı: 1122

Ukraynanın prezident seçkiləri ilə bağlı xarici ölkələrdəki 101 seçki məntəqəsinin 11-də səsvermə bitib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, səsvermə Ukraynanın Avstraliya, Cənubi Koreya, Yaponiya, Çin, Monqolustan, Malayziya, Sinqapur, Şanxay, Vyetnam, Tailand, Qazaxıstan və Qırğızıstandakı səfirliklərində yekunlaşıb.

Avstraliyadakı seçki məntəqəsində səslər artıq hesablanıb. Seçkidə iştirak edən 99 seçicidən 72-si Petro Poroşenkonun, 26 nəfər isə Vladimir Zelenskinin lehinə səs verib. Bir nəfərin səsi isə etibarsız sayılıb.

Seçkilərlə bağlı ikinci ekzit-polun nəticələri də açıqlanıb. Ölkənin qərbində seçicilərin 56%-i Zelenskiyə, 44%-i isə Poroşenkoya səs verib.

Mərkəzi bölgələrdə 72% Zelenskiyə, 27% Poroşenkoya səs verib.

Ukraynanın cənubunda Zelenski 73%, Poroşenko 27% səs toplayıb.

Ölkənin şərqində isə 89% seçici Zelenskiyə, 11% seçici Poroşenkoya səs verib.

Hazırda seçici fəallığı 49,3%-dir.