Avstriyada xalq qaçqınları müdafiə etmək üçün aksiya keçirdi

Avstriyada xalq qaçqınları müdafiə etmək üçün aksiya keçirdi
Oxunma sayı: 562

Avstriyada bir qrup şəxs Suriya, İraq və Əfqanıstandan olan qaçqınların ölkələrinə geri göndərilməsinə etiraz ediblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Vyanada baş tutan aksiyada etirazçılar qaçqınların geri göndərilməsinin onların həyatı üçün təhlükəli olduğunu bildiriblər.

Dinc aksiya insidentsiz başa çatıb.

Qeyd edək ki, Avstriya hökuməti qaçqınların daimi yaşamaq üçün müraciətlərini rədd edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi