Avstriyalı nazirin toyundan - Fotolar + Video

avstriyali-nazirin-toyundan
Oxunma sayı: 8994

Avstriyanın xarici işlər naziri Karin Knaysl avstriyalı biznesmen Volfqanq Maylinqer ilə ailə qurub.

“Qafqazinfo” xəbər verir ki, nikah mərasimi Avstriyanın Ştiriya əyalətindəki Qamlits qəsəbəsində baş tutub.

Qonaqlar arasında Rusiya prezidenti Vladimir Putin, Avstriyanın federal kansleri Sebastian Kurts, vitse-kansler Haynts-Kristian Ştraxe, ölkənin müdafiə və nəqliyyat nazirləri, OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo və digər ölkələrdən rəsmi şəxslər də olublar.

Putin mərasimdə iştirak etdikdən sonra Almaniyanın kansleri Angela Merkel ilə danışıqlar üçün Berlinə yola düşüb.

Qeyd edək ki, Putinin mərasimdə iştirakı Avstriyada və digər Avropa ölkələrində birmənalı qarşılanmayıb. Hətta, dəvətə görə Knayslın istefası da tələb edilib.

Lakin, Avstriya rəsmi qurumları bu dəvətin şəxsi xarakter daşıdığını və dövlətin mövqeyini əks etdirmədiyini açıqlayıblar.