Avtobus işləmədi, “Zirə”li futbolçular itələdi - Foto

avtobus-islemedi-zireli-futbolcular-iteledi
Oxunma sayı: 1912

Həftəsonu keçirilən "Zirə" - "Neftçi" matçından sonra maraqlı hadisə yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, rəqibə 1:2 hesabı ilə məğlub olan qartalların oyundan sonra da bəxtləri gətirməyib.

Belə ki, matçın ardınca "Zirə"nin avtobusu işə düşməyib. Bu məqamda futbolçular və  texniki heyət nəqliyyat vasitəsini itələməli olub.

Foto: Faiq Tahirov