Avtobus qadını vurdu

avtobus-qadini-vurdu
Oxunma sayı: 1267

Dekabrın 15-də saat 16 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Mehriban Ələkbərova vurulub. 

"Qafqazinfo"nun DİN-ə istinadən verdiyi xəbərə görə, piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. 

Hadisəsinin avtobusla törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə “İsizu” markalı xətt avtobusunu idarə edərkən hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Aqşin Kərimov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Murad Əhməd