Avtobus qadını vurub öldürdü

avtobus-qadini-vurub-oldurdu
Oxunma sayı: 1173

Bakıda marşrut avtobusu qadını vurub öldürüb.

“Qafqazoinfo” DİN-ə istinadən xəbər verir ki, hadisə dekabrın 13-də saat 18 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində baş verib.

Bakı şəhər sakini Bəhruz Şükürov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə paytaxt sakini Hürü Əliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.