Avtobus qatara çırpıldı

avtobus-qatara-cirpildi
Oxunma sayı: 687

Məlumata görə, Əzizbəyov dairəsi istiqamətində sürətlə hərəkət edən “İkarus” markalı iritutumlu sərnişin avtobusuyolu keçməkdə olan yük qatarına çırpılıb. Qəza nəticəsində sürücü və 4 sərnişin yaralanıb. Sürücü 50 yaşlı Vəliyev Kərim Mehdi oğlunun vəziyyəti ağır olduğu üçün 1 saylı xəstəxanaya yerləşdirilib və onun üzərində cərrahi əməliyyat da aparılıb. Xəstəxanadan verilən məlumata görə, Kərim Vəliyevin hər iki ayaqları ambutasiya olunub.

Avtobusda olan digər yaralı 25 yaşlı Cəfərov Ruslan Zakir oğlu elmi tədqiqat və travmatologiya institutunda göstərilən müvafiq tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb. Qalan iki sərnişinin də xəsarətləri yüngül dərəcəli olduğundan ilkin tibbi yardımla kifayətlənməli olublar.

Avtoqəzanın qeydə alındığı ünvana dəmir yolu nəqliyyatında baş polis idarəsinin, eləcə də Nizami rayon polis idarəsinin və Bakı şəhər baş dövlət yol polis idarəsinin əməkdaşları cəlb olunub. İlkin məlumata görə, sərnişin avtobusu Gəncə şəhərindən gəlirmiş. Qəzanın dəqiq səbəbləri təyin olunacaq avtotexniki və tibbi ekspertizaların rəyindən sonra bilinəcək.

ANS PRESS