Avtobus qəza törətdi – - Yaralılar var

avtobus-qeza-toretdi-
Oxunma sayı: 1411


Dövlət Yol Polisinin müstəntiqi Elşən Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə Gəndob – Yalama yolunun 25-ci km-də baş verib.

Belə ki, Xaçmaz-Xudat marşrutu ilə hərəkət edən “Hundai” markalı, 90 NC 385 dövlət nömrə nişanlı sərnişin avtobusu Mürşüdoba kəndi ərazisindən keçən hissəsində idarəetməni itirərək ağaca çırpılaraq aşıb.

Qəza nəticəsində avtobusda olan sərnişinlərdən 7 nəfəri müxtəlif bədən xəsarətləri alaraq Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hazırda yaralıların vəziyyəti orta-ağırdı.

Qəza yerində Dövlət Yol Polisi əməkdaşları araşdırmalara başlayıb.