Avtobus qəzadan son anda xilas oldu

avtobus-qezadan-son-anda-xilas-oldu
Oxunma sayı: 1572

Səhər saat təxminən 08:00-08:10 radələrində Bakının Heydər Əliyev prospektində - Bakı Olimpiya Stadionunun önündə içərisi sərnişinlə dolu 198 nömrəli marşrut avtobusu qorxunc qəzadan son anda xilas olub.

"Qafqazinfo" Milli.Az-a istinadən xəbər verir ki, üzü "Koroğlu" metro stansiyasına doğru hərəkətdə olan sərnişin avtobusunun qəfil təkəri partlayıb. İdarəetməni itirməyən sürücü avtobusu dərhal yolun kənarına çəkib.

Avtobusdan düşürülən sərnişinlər həmin istiqamətdə hərəkət edən digər marşrutlardan istifadə etmək məcburiyyətində qalıblar.