Avtobus qəzası oldu

avtobus-qezasi-oldu
Oxunma sayı: 645

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, qəzada mikroavtobus minik avtomobili ilə toqquşub. Nəticədə iki nəfər xəsarət alıb. Qəza Sabit Rəhman və Aydın Məmmədov küçələrinin kəsişməsində meydana gəlib.

Hadisə zamanı Şəki şəhər sakini Cavanşir Məmmədovun idarə etdiyi 55 BX 194 dövlət nömrə nişanlı "VAZ-2104" markalı avtomobil, Aşağı Göynük kənd sakininin idarə etdiyi 10 KK 334 dövlət nömrə nişanlı "Mercedes" markalı mikroavtobusla toqquşub. Toqquşmadan sonra əyləci sıradan çıxan mikroavtobus sürətini azalda bilməyib və yolun kənarında dayanmış piyada Fərhad Əhmədovu vurub. Daha sonra səddə dəyən mikroavtobus Aydın Məmmədov küçəsindəki ağaca çırpıldıqdan sonra dayanıb. Nəticədə "VAZ-2104" markalı avtomobilin sürücüsü Cavanşir Məmmədov və piyada Fərhad Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə dərhal Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin əməkdaşları cəlb olunublar. Xəstələrə ilkin tibbi yardım göstərilib. Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı Şəki Şəhər Dövlət Yol Polis idarəsində araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.