Avtobus yük maşını ilə toqquşdu - 13 ölü

avtobus-yuk-masini-ile-toqqusdu
Oxunma sayı: 1668

Rusiyanın Voloqodsk vilayətində mikroavtobus yük maşını ilə toqquşub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

Məlumata əsasən, qəza nəticəsində 13 nəfər ölüb.

DİN-in məlumatında isə 7 nəfərin öldüyü qeyd edilib.

İlkin ehtimala görə, qəzaya sürücülərin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.

Artıq Voloqodsk vilayətinin hakimiyyəti 14 apreli matəm günü elan edib.