Avtobusda cibgirlik edənlər saxlanılıb

avtobusda-cibgirlik-edenler-saxlanilib
Oxunma sayı: 1163

Gəncə şəhəri ərazisində ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxslər saxlanılıb.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, Gülüstan qəsəbə sakini G.Nəcəfli iyunun 11-də qəsəbə ərazisində marşrut avtobusunda çantasından içərisində 303 ABŞ dolları və 10 manatı, habelə sənədləri olan pulqabısının oğurlandığını bildirib. 

İictimai nəqliyyatda oğurluq etməkdə şübhəli bilinən 3 nəfər - Gəncə şəhər sakinləri, əvvəllər narkotik, oğurluq, soyğunçuluq və quldurluq cinayətləri törətdiklərinə görə məhkum olunmuşlar - Namiq Cəlalov, Şahin İbrahimov və İlham Hüseynov saxlanılıb. Onlar götürülmüş maddi sübutla birgə istintaqa təhvil veriliblər.

Murad Əhməd