Avtobusda sərnişinin başına iş gəldi, yaralandı

avtobusda-sernisinin-basina-is-geldi-yaralandi
Oxunma sayı: 654

Biləsuvar rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hələlik müəyyən edilməmiş minik avtomobili hərəkətdə olarkən təkər hissəsindən çıxan dəmir parçası Bakı-Lənkəran istiqamətində gedən avtobusun pəncərəsindən sərnişin - Lənkəran şəhər sakini 1947-ci il təvəllüdlü Lidiya Məmmədovanın üz nahiyəsinə dəyərək ona ağır xəsarət yetirib.

Yaralı qadın dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstənin vəziyyəti hazırda normal qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.