Avtobusla gedən hacılar qayıtdı

avtobusla-geden-hacilar-qayitdi
Oxunma sayı: 647

Qeyd edək ki, Suriyada baş verən hadisələrlə əlaqədar olaraq Həcc ziyarətinə avtobuslarla gedən zəvvarlarımız bu il Səudiyyə Ərəbistanına Suriya ərazisindən yox, İran, İraq, İordaniya marşrutundan istifadə edərək daxil olublar.

Bir müddət əvvəl İraqda İranlı zəvvarları daşıyan avtobusun partladılmasından sonra isə müqəddəs yerləri ziyarət edən zəvvarların İraq ərazisində təhlükəsizliyinin təminatı məsələsi aktuallaşmışdı. Zəvvarlarımızın sözlərinə görə, İraq ərazisində onların təhlükəsizliyi yüksək səviyyədə təmin edilib.

Xatırladaq ki, bu il ümumiilkdə bu il 2500 azərbaycanlı zəvvar həcc ziyarətinə gedib. Onlardan 1300-ü avtobuslarla, qalanları isə təyyarə ilə ziyarətə yola düşüblər.