Avtobuslarda qiymət artmayacaq

avtobuslarda-qiymet-artmayacaq
Oxunma sayı: 1405

 Bakı Nəqliyyat Agentliyi avtobuslarda qiymətlərin artırılacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

"Qafqazinfo" xəbər verir ki, qurum qeyd edir ki, yayılan məlumatlar həqiqətə uyğun deyil və əsassızdır:

"Ölkədə dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Tarif Şurasıdır. Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən qeyd edilən məsələ ilə bağlı Tarif Şurasına müraciət edilməyib və bu məsələ hazırda gündəmdə deyil".