Avtobusu yudurdub qaraja aparırdı, qəza törətdi... - Foto

avtobusu-yudurdub-qaraja-aparirdi-qeza-toretdi
Oxunma sayı: 639

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.
 
32 saylı marşrut xətti ilə hərəkət edən “Daewoo” markalı avtobusun sürücüsü işdən sonra avtobusu qaraja apararkən Süleyman Əhmədov küçəsində idarəetməni itirib. Nəticədə avtobus zavodlardan birinin hasarına və neft borularının dayağına çırpılıb. Qəza nəticəsində avtobusun sürücüsü xəsarət alıb və xəstəxanaya aparılıb.
 
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. İdarədən verilən məlumata görə, qəza zamanı avtobusda sərnişin olmayıb. 32 saylı marşrutun daşıyıcısı bildirib ki, avtobus avtoyuma məntəqəsindən qayıdırmış.
 
Qəza nəticəsində avtobusa ciddi ziyan dəyib, eləcə də, zavodun hasarı və boruların dayağı zədələnib.