Avtobusun açıq qapısından yıxılıb öldü

avtobusun-aciq-qapisindan-yixilib-oldu
Oxunma sayı: 641

Mayın 26-da paytaxtın Nizami rayonu R.Rüstəmov küçəsində Bakı şəhər sakini Cavanşir Məmmədovun idarə etdiyi "Daevoo" markalı 81 saylı xətt avtobusunun sərnişini, paytaxt sakini Cümşüd Haqverdiyev hərəkətdə olan avtobusun açıq qapısından yıxılıb.

"Qafqazinfo"nun Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, hadisə zamanı sərnişin xəsarət alıb. Xəstəxanaya yerləşdirilən C.Haqverdiyev mayın 28-də orada ölüb.