Avtobusun vurduğu piyada öldü

avtobusun-vurdugu-piyada-oldu
Oxunma sayı: 887


Bakı şəhər BPİ Narkotiklərlə Mübarizə İdarəsi və Xətai RPİ-34-cü PB-nin keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Fuad Babayevdən 480 qram marixuana aşkar olunaraq götürülüb.

Fevralın 12-si saat 23:50 radələrində Sabunçu qəsəbəsi Ə.Cavad küçəsində Bakı şəhər sakini Asif İbrahimzadənin cibindən 4000 manat pulunu və sənədlərini alaraq qaçan Neftçala rayon sakini Namid Kəlbiyev Sabunçu RPİ 12-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Fevralın 13-də Göyçay rayon sakini Fərid Qarayev idarə etdiyi «Daewoo» markalı avtobusla Səbail rayonu Nemanzadə küçəsində Bakı şəhər sakini Oleq Viktoroviç Stalyarovu vurub. Zərərçəkmiş xəsarətlə xəstəxanaya yerləşdirilmiş və fevralın 14-də ölüb.

Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, əvvəllər məhkum olunmuş Murad Hüseynovdan barabanında 1 ədəd patron olan «Naqan» tipli tapança aşkar olunaraq götürülüb.