Avtomobil ağaca çırpıldı

avtomobil-agaca-cirpildi
Oxunma sayı: 638

“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, Quba rayonu, Digah kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus “Hyundai” markalı minik avtomobili ağaca çırpılıb. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğrayıb və sürücü yaralanaraq avtomobildə sıxılan vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxarılıb və Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib. Əməliyyat saat 06:58-də başa çatıb