Avtomobil gecə klubuna girdi - 13 yaralı

avtomobil-gece-klubuna-girdi
Oxunma sayı: 1039

İngiltərənin Kent qraflığında avtomobil gecə klubuna girib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insident Qreyvzend şəhərində qeydə alınıb.

Polisin məlumatına görə, hadisə nəticəsində 13 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Hadisənin terror aktı olmadığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.