Avtomobil hasara çırpıldı

avtomobil-hasara-cirpildi
Oxunma sayı: 650

“Qafqazinfo”nun FHN-in saytına istinadən məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən Bakı şəhəri, Xətai rayonunda “VAZ 2107” markalı minik avtomobili yolun kənarındakı daş hasara çırpılıb. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.

Yaralı xəstəxanaya aparılıb. Hadisə yerinə cəlb edilən xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 01:52-də başa çatıb.