Avtomobil körpüdən çaya düşdü- - Fotolar

avtomobil-korpuden-caya-dusdu-
Oxunma sayı: 2210


“Qafqazinfo”nun APA-ya istindən məlumatına görə, hadisə bu gün axşam saat 18:30 radələrində şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Rüstəmov Elşən Famil oğlu 25-BE- 584 dövlət nömrə nişanlı VAZ-2104 markalı minik avtomobili ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və Kür çayı üzərindəki körpüdən aşıb.

 15 metr hündürlükdən çaya düşən avtomobil tanınmaz hala düşsə də, hadisə zamanı ölən olmayıb. Yararsız vəziyyətə düşən avtomobilin sürücüsü Elşən Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən  araşdırma aparılır.