Avtomobil metroya daxil olub - 6 yaralı

avtomobil-metroya-daxil-olub
Oxunma sayı: 636

Almaniyanın Berlin şəhərində sürücü avtomobillə yeraltı metro stansiyasına girib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Agentliyin məlumatına görə, sürücü velosipedçi ilə toqquşmadan qaçmaq istəyərkən avtomobillə "Bernauer Stratse" stansiyasına daxil olub. Qəza nəticəsində ən azı 6 nəfər xəsarət alıb. Onlardan üçünün vəziyyəti ağırdır. Yaralılar xəstəxanaya yerləşdirilib.