Avtomobil oğruları tutuldu

avtomobil-ogrulari-tutuldu
Oxunma sayı: 672

“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, avtomobil oğurlayan Bakı şəhər sakinləri Rüstəm Rüstəmov və Ülvi Məmmədov saxlanılıb.

Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 24-də Ədalət Əliyevə məxsus "VAZ-21011" markalı avtomaşını qaçıran Bakı şəhər sakinləri Rüstəm Rüstəmov və Ülvi Məmmədov saxlanılıb.

Digər oğurluq hadisəsi Sumqayıt şəhərində baş verib. Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 24-də Elşən Nurəliyevə məxsus "VAZ-2106" markalı avtomaşın Yasamal rayonu ərazisində tapılıb, avtomaşını qaçıran Siyəzən şəhər sakini Ramin Nurəliyev saxlanılıb.