Avtomobil pizza restorana girdi - 1 ölü, 12 yaralı + Yenilənib

avtomobil-pizza-restorana-girdi
Oxunma sayı: 651

Fransanın paytaxtı Parisdə sürücünün idarəetməsindən çıxan bir avtomobil pizza restoranına girib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı 1 uşaq ölüb, 8 nəfər isə yaralanıb.

Polis sürücünü saxlayıb.

Hadisənin terror hücumu olub-olmadığı araşdırılır.

***

Parisdə avtomobilin restorana çırpılması nəticəsində xəsarət alanların sayı 12-yə çatıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, polis saxlanılan sürücününü bir neçə gün öncə intihara cəhd etdiyini açıqlayıb.

Daha əvvəl 8 nəfərin yaralandığı bildirilirdi. Xəstəxanaya yerləşdirilən yaralılardan 4-nün vəziyyəti ağır olaraq qiymətləndirilir.