Avtomobil qatarla toqquşdu - Ölən və yaralanan var

avtomobil-qatarla-toqqusdu
Oxunma sayı: 2998

Rusiyanın Moskva vilayətində qəza hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata əsasən, insident Dmitrovski rayonunda baş verib. Hadisə nəticəsində 1 qadın ölüb, daha 1-i isə xəsarət alıb. Yaralı qadın xəstəxanaya yerləşdirilib.

Qəza dəmiryolunda qatarların hərəkətində fasiləyə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.