Avtomobil traktorla toqquşdu, 1 ölü

avtomobil-traktorla-toqqusdu-1-olu
Oxunma sayı: 1451

İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, hadisə iyulun 29-da saat 13 radələrində rayonun Xoşçobanlı kəndi ərazisində qeydə alınıb.

İmişli sakini Savalan Bayramovun idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan “MTZ-80” markalı traktorla Saatlı rayon sakini Eldar Hüseynovun idarə etdiyi “VAZ-21061” markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü və E.Hüseynovun üç sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Məlahət Allahverdiyeva orada ölüb. İmişli RPŞ tərəfindən araşdırma aparılır.

Murad Əhməd