Avtomobildən 5 yanmış insan cəsədi çıxdı

Avtomobildən 5 yanmış insan cəsədi çıxdı
Oxunma sayı: 1725

Meksikanın Miçokan ştatında avtomobildən 5 yanmış insan cəsədi çıxıb.

“Qafqazinfo” “Excelsior” portalına istinadən xəbər verir ki, yanğını Uruapan-Los-Reyes yolu ilə hərəkət edən sürücülər görüb. Dərhal hadisə yerinə gələn hüquq mühafizə orqanları əməkdaşları avtomobilin salonunda 3, yük yerində isə 2 yanmış insan cəsədi aşkar edib.

Bildirilir ki, yanmış avtomobil iki gün əvvəl cinayətkər qruplaşmaların toqquşduğu ərazidən tapılıb. Həmin gün 10 nəfər öldürülmüş, daha 3-ü isə ağır xəsarət almışdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi