Avtomobildən oğurluq edən tutuldu - Kriminal xəbərlər

avtomobilden-ogurluq-eden-tutuldu-kriminal-xeberler
Oxunma sayı: 655

“Qafqazinfo” həmin xəbərləri təqdim edir:

İyunun 15-də Xanlar küçəsində yaşayan Eldar Məmmədov mübahisə zəminində Y.Mürsəlov küçəsində yaşayan Şəhriyar Məmmədovu bıçaqla qətlə yetirdiyinə görə Səbail RPİ 8-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

İyunun 15-də Cavadxan küçəsində Elxan Bayramova məxsus “BMW X-5” markalı avtomobilin şüşəsini sındırma yolu ilə oğurluğa cəhd edərkən İmişli rayon sakini Sadiq Hümbətov Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən tutulub. Müəyyən edilib ki, o, iyunun 9-da A. Məhərrəmov küçəsində Lalə Məmmədovaya məxsus “Hyundai” markalı avtomobildən şüşəni sındırma yolu ilə oğurluğa cəhd edib, Seyidzadə küçəsində Yevlax rayon sakini Fəridə Hüseynzadəyə məxsus “MG-350” markalı avtomobildən eyni üsulla 400 manat oğurlayıb. İyunun 10-na keçən gecə isə Cavadxan küçəsində Səlim Əsgərova məxsus “Mersedes” markalı avtomobildən oğurluğa cəhd edib, iyunun 12-də 20 yanvar küçəsində Elşən Çobanzadəyə məxsus “Mersedes” markalı avtomobildən 570 manat, qiymət kitabçası və açar dəsti oğurlayıb.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan İlqar Rəşidov iyunun 15-də tutulub.