Avtomobili etirazçıların üzərinə belə sürdü - Video

avtomobili-etirazcilarin-uzerine-bele-surdu
Oxunma sayı: 666

ABŞ-ın Vircinya ştatında aksiya zamanı gözlənilməz hadisə baş verib.

“Qafqazinfo” “Associated Press”ə istinadən xəbər verir ki, ştatın Şarlottsvill şəhərində iki gündür ultrasağçılar və onların əleyhdarları arasında aksiyalar davam edir.

Etiraz aksiyalar zamanı naməlum şəxs avtomobil ultrasağçıların əleyhdarları üzərinə sürüb. Daha sonra o, sürətlə hadisə yerində uzaqlaşıb. Hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

Qeyd edək ki, daha əvvəl ultrasağçılarla qarşıdurma səbəbində ştatda fövqəladə vəziyyət elan olunub.