Avtomobili üçün 3 milyona nömrə aldı - Foto

avtomobili-ucun-3-milyona-nomre-aldi
Oxunma sayı: 5704

Səudiyyə Ərəbistanında biznesmen Əhməd Əl-Mərzuki öz avtomobili üçün 10 milyon dirhəm dəyərində (təxmini 3 milyon dollar) qeydiyyat nömrəsi alıb.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, eksklüziv avtomobil nömrələrinin satıldığı hərrac Əbu-Dabidə baş tutub.

“Mən "2" nömrəli qeydiyyat nişanını almağıma görə çox şadam və fəxr hissi duyuram”,- deyə 23 yaşlı biznesmen bildirib.

Hərracda satılan nömrələrdən əldə olunan gəlir (təxmini 15 milyon dollar) xeyriyyəçiliyə sərf olunacaq.