Avtomobilinizi smartfonla idarə edə biləcəksiniz

avtomobilinizi-smartfonla-idare-ede-bileceksiniz
Oxunma sayı: 808


“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, patentin mətninə əsasən, texnologiya avtomobilin yeri haqqında siqnalın mobil qurğuya ötürülməsini nəzərdə tutur. Bundan sonra qurğu nəqliyyat vasitəsinədək olan məsafəni və onun yerləşməsini müəyyənləşdirir. Cihaz lazımi mövqedə yerləşdikdə avtomobilin funksiyalarına (məsələn, qapıların bloklanması və ya blokdan çıxarılması, salonun qızdırılması) giriş əldə edir.

2014-cü ilin martında “Apple” şirkətinin elan etdiyi “CarPlay” funksiyası “iPhone” smartfonunu avtomobilin multimedia sistemi ilə inteqrasiya etməyə imkan verib. Şirkətdən bildirilir ki, “Ferrari”, “Mercedes-Benz”, “Volvo” və başqa istehsalçılar yeni texnologiyanı dəstəkləyir.