Avtomobillər maneəyə çırpıldılar, 2 ölü var

avtomobiller-maneeye-cirpildilar-2-olu-var
Oxunma sayı: 1487

Şəmkir rayonu, Kür qəsəbəsində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

"Qafqazinfo" FHN-nin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1995-ci il təvəllüdlü Nəsibov Elmar Çingiz oğlunun cəsədini çıxarıb  və aidiyyəti üzrə təhvil veriblər.

Digər yol qəzası Bakı şəhəri, Xətai rayonunda baş verib. “Hyundai” markalı minik avtomobili yol kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış 1 nəfərin cəsədini (şəxsiyyəti məlum deyil) nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.