Avtomobillər toqquşdu

avtomobiller-toqqusdu
Oxunma sayı: 629

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, ötən axşam saat 20:00 radələrində Şirvan şəhərinin Heydər Əliyev prospektində Hacıqabul rayon sakini, 1982-ci il təvəllüdlü Məmmədov Əsgər Əli oğlunun idarə etdiyi VAZ 2106 markalı 90 ES 938 dövlət nömrəli nişanlı avtomabillə Şirvan sakini, 1978-ci il təvəllüdlü Əhmədov Samit Ağasəmid oğlunun idarə etdiyi QAZ 3129 markalı 44 BG 085 dövlət nömrəli nişanlı avtomabil toqquşub.

Hadisə nəticəsində VAZ 2106 markalı avtomabilin sürücüsü, Məmmədov Əsgər Əli oğlu və sərnişinlər- Şirvan sakini, 1985-ci il təvəllüdlü Məmmədova Sevda İsmayıl qızı, Hacıqabul sakini, 1968-ci il təvəllüdlü Məmmədova Sevinc Həsənağa qızı, Bakı sakini, 1986-cı il təvəllüdlü Aslanov Samir Adil oğlu, Bakı sakini, 1971-ci il təvəllüdlü Baxşıyeva Gülnaz Seyfəddin qızı və Hacıqabul sakini, 2007-ci il təvəllüdlü Məmmədov İsmayıl Əsgər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan mərkəzi şəhır xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.