Avtomobillər toqquşdu – 1 ölü, 2 yaralı

avtomobiller-toqqusdu-1-olu-2-yarali
Oxunma sayı: 625

“Qafqazinfo” FHN-n saytına istinadən xəbər verir ki, hadisə nəticəsində, “VAZ” markalı minik avtomobili deformasiyaya uğrayıb və avtomobilin sürücüsü 1973-cü il təvəllüdlü Teyyub Bəkirov hadisə yerində vəfat edib. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Hadisə şahidlərinin bildirdiklərinə əsasən, “VAZ” markalı minik avtomobilində olan 1 nəfər sərnişin və “Mercedess” markalı avtomobilin sürücüsü xəsarət alıb, hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıblar. Əməliyyat saat 01:32-də başa çatıb.