Avtomobillər toqquşdu, sərnişin yaralandı

avtomobiller-toqqusdu-sernisin-yaralandi
Oxunma sayı: 647

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, qəza şəhərin Sədi küçəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ 21 06” markalı avtomobilin idarəetmədən çıxaraq “Mercedes”ə çırpılması nəticəsində “VAZ”ın sərnişini, 1984-cü il təvəllüdlü Cəbrayılov Amid Çingiz oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli