“Avtoriteti sevmək olmur, mümkün deyil” - Video

avtoriteti-sevmek-olmur-mumkun-deyil
Oxunma sayı: 6948

Oktyabrın 23-də Bakıya etap edilən zaman Biləcəri dəmiryol stansiyasından qaçan kriminal avtoritetlərlə bağlı xəbərlər Azərbaycan mətbuatının gündəmindən düşmür. Təəccüblüsü budur ki, polis axtarışında olan bu şəxslər ağır cinayətlərdə ittiham olunsalar da, xalqın onlara marağı və sevgisi böyükdür.

Hətta məşhur simaların çoxunun onlara dəstək olduğu, son olaraq müğənni Fədayə Laçının avtoritet sevgilisini həbsdən qaçırmaq üçün həyatını təhlükəyə atması da sirr deyil.

“Qafqazinfo” bu məqamda paytaxt sakinlərinin avtoritetlərə, oğru aləminə münasibətini öyrənmək üçün sorğu keçirib.

Qeyd edək ki, “Qoca” ləqəbli Etibar Məmmədov gecə saatlarında hüquq-mühafizə orqanlarının Qaradağ rayonunda keçirdiyi əməliyyat nəticəsində öldürülüb.

Günel Hacı

Video: Nərminə Vəliyeva, Pərvin Zeynal