Avtoritetin qətli + 3 qadın

avtoritetin-qetli-3-qadin
Oxunma sayı: 655

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İtaliyanın “Corriere della Sera” qəzeti iddia edib ki, “Ded Həsən” PKK terror təşkilatı ilə əməkdaşlıq edərək onu silahla təmin edib.

“Əgər bu ssenari doğrudursa həm Paris, həm də Moskva cinayətlərini Türkiyədə başlayan sülh prosesini “baltalamaq” istəyən qüvvələr törədib. PKK-nın Kalaşnikov ya da raketə ehtiyacı olan zaman “Ded Həsən”dən kömək istəyirdi. O da bunları nəğd və ya narkotika qarşılığında təmin edirdi”.

“Corriera della Sera” bu məlumatların yanlış ola biləcəyi ehtimalını da bildirib.

Xatırlaadq ki, Rusiyanın kriminal dairələrində məşhur avtoritet kimi qəbul olunan “Ded Həsən” ləqəbli “qanuni oğru” yanvarın 16-da Moskva şəhərinin mərkəzi hissələrindən birində “Köhnə fayton” restoranının yaxınlığında snayperdən başına açılan atəş nəticəsində dünyasını dəyişib.